Azərbaycan universitetləri. Рубрика в журнале - Azərbaycan dili və ədəbiyyat tədrisi

Публикации в рубрике (1): Azərbaycan universitetləri
все рубрики
ADPU-nun Filologiya fakültəsi ötən əsrin 20-ci illərində

ADPU-nun Filologiya fakültəsi ötən əsrin 20-ci illərində

Yaqub Babayev

Статья научная

Məqalədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin XX əsrin 20-ci illərindəki həyatı və keçdiyi inkişaf yolundan söhbət açılır. Göstərilir ki, ADPU Azərbaycanın ikinci dünyəvi istiqamətli milli ali təhsil ocağı, həm də dünyəvi təmayüllü ilk milli ali pedaqoji tədris müəssisəsidir. Təhsil ocağı 1921-ci ildə fəaliyyətə başlamış, 100 il ərzində böyük uğurlar qazanmışdır. Məqalədə ADPU-nun ilk fakültələrindən olan Filologiyanın yaranmasında qarşıya çıxan çətinliklər nəzərə çatdırılır, bu çətinliklərin aradan qaldırılması üçün görülən işlər izah olunur, fakültənin müəllim və tələbə kontingenti barədə məlumat verilir. Həmçinin fakültədə pedaqoji, elmipedaqoji istiqamətdə görülən işlərdən, ictimai-mədəni tədbirlərdən bəhs olunur. Qeyd olunur ki, fakültənin ötən əsrin 20-ci illərindəki həyatı, bu dövrdə görülən işlər onun sonrakı inkişafı üçün bir baza rolunu oynamışdır.

Бесплатно

Журнал