Azərbaycan dili və ədəbiyyat tədrisi
Azərbaycan dili və ədəbiyyat tədrisi — jurnalı Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik nəşridir. 1954-cü il iyun ayının 15-i "Azərbaycan məktəbi" jurnalının metodik əlavəsi olaraq təsis edilən jurnal 1990-cı il dekabr ayının 3-dən etibarən "Azərbaycan məktəbi (jurnal)nın əlavəsi kimi deyil, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil elmi-metodik nəşri olaraq "Ana sözu" adı ilə dərc edilməyə başladı və 1997-ci il aprel ayının 2-dən bu günədək əvvəlki, yəni "Azərbaycan dili və ədəbiyyat tədrisi" adı ilə dərcini davam etdirir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlər sırasına daxildir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Выпуски журнала
Статьи журнала
Azərbaycan dilində söyləm nitq vahidi kimi
Статья научная
Söyləmlər formal cəhətdən nitqin tənzimlənmiş, müəyyən qaydalara tabe edilməmiş vahidləridir. Müasir Azərbaycan dilində söyləm nitq hərəkətinin nəticəsi kimi meydana çıxır. Söyləm cümlə komponentlərinin qrup formasında birləşməsindən yaranır və seqmentə görə cümləyə müvafiq gəlir. Söyləmin təşkili mexanizmi superseqment vasitələrin (intonasiya və söz sırası) iştirakı ilə formalaşır. Məqalədə söyləmin növlərini birləşdirən ümumi cəhətin onların emosionallıq keyfiyyəti bildirməsi də əsaslandırılır. Belə ki, nitqdə söyləmin ən müxtəlif növləri meydana çıxır. Söyləmə xas olan əlamət, yəni onların reaksiya bildirməsi, nitq stimulu olması nitqə məxsus başlıca cəhətdir. Söyləmlər struktursemantik və məntiqi-praqmatik cəhətlərinə görə müxtəlif növlərə bölünür. Onların quruluşunda, mənasında müəyyən özünəməxsusluq və bir-birindən fərqlilik müşahidə olunur. Tədqiqatda müəyyənləşir ki, söyləm ünsiyyətdə danışığın aktuallaşmış ən kiçik vahididir.
Бесплатно
Dil təliminin nəzəri problemləri
Статья научная
“Dil təliminin nəzəri problemləri” geniş mövzudur. 2008-ci ildən kurikulum dərsliklərinin tətbiqi ilə başlanan yeni kursun didaktik üstünlükləri olduğu kimi, təəssüf ki, qarşıya çıxan subyektiv çətinlikləri də var. Üstünlüklərini müəyyən edən nitqəyönümlülüklə nəticəyönümlülükdür ki, onun da başlıca şərti 4 məzmun xəttinin nitq mədəniyyətinə çevrilən − bacarıq və vərdişlər, nəticə etibarilə səriştə, qabiliyyət məsələsidir. Bu cəhət xüsusi olaraq dəyərləndirilməlidir. Bu sahədə problemlərimiz də var. Məktəblərimiz dərsliklərə yazılmış metodik vəsaitlərlə, hər bir məzmun xəttinin standartlarının gerçəkləşdirilməsi ilə işləyirlər. Lakin qeyri-ixtisas sahibləri bu işə qarışmaqla Ana dili, Azərbaycan dili, habelə dil və dilçilik, dil və nitq sindromunu qıra bilməyərək, sadəcə bu xətt – hərəkata mane olurlar. Problematikliyin digərləri də məhz mətn üzrə oxu və nitq bacarıqlarına yalnız ədəbiyyat fənninin obyekti olması kimi baxılmaqla və digər səhv streotiplərlə əlaqədardır. Məqalədə həmin nəzəri problemlərdən bəhs olunur.
Бесплатно
Postmodernizm dövründə Azərbaycanın dil situasiyası
Статья научная
Başqa mövzular (dil siyasəti, dilplanlaşdırma və s.) kimi “dil situasiyası” aspektindəki sosiolinqvistik tədqiqatlar mühüm ümumsosioloji önəm daşıyır. Onun üçün böyük əhəmiyyət daşıyır ki, dil sosial həyat mühitinin demək olar ki, çox tərəflərini əks etdirir. Bu sahədə metodik üsullar ondan ibarətdir ki, bütövlükdə inzibati-ərazi sektorunda yad dilin funksionallaşma meyilləri və dil siyasəti, həmçinin dil situasiyasının müxtəlif tiplərinin təhlili və s. məsələlər tədqiqat obyektini təşkil edir. Məqalədə sosiolinqvistikanın “İnsan və dil” problemi birdillilik və çoxdillilik şəraitində şərh olunur. Bilin-qivizm şəraitində yaşayan və fəaliyyət göstərən insanın davranışına, əlbəttə, dil birinci növbədə təsir göstərir. Bu, əsas etibarilə psixoloji problemdir. Müasir Azərbaycan ədəbi dilinin inkişaf xarakteri (demokratikləşmə) və perspektivləri sosial və dil situasiyası müstəvisində səciyyələnir. Məqalədə müasir dil situasiyası postmodernizm kontekstində təhlil olunur. Müasir Azərbaycan ədəbi dili və yeni dil situasiyası müstəvisində qarşılıqlı əlaqələrin başlıca özəllikləri aydınlaşdırılır.
Бесплатно
Nizami Gəncəvinin əsərlərində psixoloji dəyərlər
Статья научная
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə səsləyən və yüksək mənəvi psixoloji keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq, anadan olmasının 880 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə böyük töhfədir. Şairin yaradıcılığı xalqımızın milli mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Vətənpərvər şair əsərlərində təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, Vətəninin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Qüdrətli söz ustadının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi, psixoloji və əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbi yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.
Бесплатно
Türk dünyasının dahi şairi – Nizami Gəncəvi
Статья научная
N.Gəncəvi həm yaradıcılığı, həm də şəxsiyyəti ilə bütövlükdə bir dahidir. Şair öz yaradıcılığı ilə dövrünün dolğun fəlsəfəsini yaratmışdır. Əsərləri isə hər biri özlüyündə həmin fəlsəfənin bir qolunu, bir qanununu özündə etiva edir. Özündən sonra gələn alimlər əsərlə-rində və yaradıcılıqlarında bu fəlsəfədən geniş şəkildə istifadə etmişlər. Əgər Azərbaycan poeziyasının məhəb-bət simvolu dahi Füzulidirsə, xarakteri kimi yaradıcılığı da üsyankar olan nümayəndəsi Xaqanidirsə, əzabkeş övladı Nəsimidirsə, düşünən beyni, ağsaqqalı Nizamidir, desək, yanılmarıq. Qələmə aldığımız bu yazıda dahi şairə “N.Gəncəvi kimdir?” və yaxud “N.Gəncəvi olduğu kimi” kontekstindən yanaşılmışdır. Şairin şirin qəzəllərinə baş vurulmuş, dünya poeziyasının incisi “Xəmsə”yə daxil edilən poemalar bir daha nəzərdən keçirilmişdir. Nüşabələr, Şirinlər, Fitnələr yad edilmiş, Xosrovlar, İskəndərlər, Bəhramlar bir daha göz önündə canlan-dırılmışdır. Şairin dillər əzbəri olan aforizmləri bir daha xatırlanmışdır.
Бесплатно
Kurikulum üzrə ədəbiyyat dərslərində B.Vahabzadənin həyat və yaradıcılığının öyrədilməsi imkanları
Статья научная
Gənc nəslin xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı ilə ilk ciddi tanışlığı ümumtəhsil məktəblərində ədəbiyyat dərslərindən başlanır. Ədəbiyyat dərslərində görkəmli sənətkarın şəxsiyyəti və yaradıcılığının bütövlüyü, vəhdəti, vətəndaşlıq mövqeyi, xalqımızın istiqlal mücahidi olması şagirdlərdə aydın təsəvvür yaradılmalıdır. Bu məqsədlə təlim prosesində kurikulumun tələbinə uyğun olaraq, müzakirə, diskussiya, təqdimat, problemin həlli, debat, təqdimat və s. interaktiv metodlardan məqsədyönlü istifadə, şagirdlərin tədqiqatçılıq fəaliyyətinin, əlavə mənbələr üzrə işinin təşkili zəruridir. Təlimi prosesində ədibin Azərbaycanın müstəqilliyi, türk xalqlarının birliyi uğrunda mübarizə aparmasından söz açılmalıdır. Ədəbiyyat dərslərində sənətkarın həyat və yaradıcılığı, monoqrafik şəkildə öyrənilən əsərləri müzakirə olunarkən, şairin vətəndaşlıq qayəsi, mövqeyi, həyatı boyu apardığı istiqlal mücadiləsi konkret nümunələr əsasında, əlavə mənbələrdən istifadə ilə aydınlaşdırılmalıdır.
Бесплатно