Nizami Gəncəvinin əsərlərində psixoloji dəyərlər
Автор: Gülnarə Əlixanova
Журнал: Azərbaycan dili və ədəbiyyat tədrisi @az-dili-edebiyyat
Рубрика: Azərbaycan ədəbiyyati Nizami Gəncəvi – 880
Статья в выпуске: 1 (267), 2021 года.
Бесплатный доступ
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə səsləyən və yüksək mənəvi psixoloji keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq, anadan olmasının 880 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə böyük töhfədir. Şairin yaradıcılığı xalqımızın milli mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Vətənpərvər şair əsərlərində təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, Vətəninin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Qüdrətli söz ustadının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi, psixoloji və əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbi yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.
N.Gəncəvi, şəxsiyyət, özünüqiymətləndirmə, kamil insan, vətənpərvərlik, psixoloji dəyər
Короткий адрес: https://sciup.org/170175807
IDR: 170175807 | DOI: 10.48445/TAIIJ.2021.34.97.005
Список литературы Nizami Gəncəvinin əsərlərində psixoloji dəyərlər
- Apoyev B. (2008). Nizami Gəncəvinin pedaqoji görüşləri. Bakı, Adiloğlu. 244 s.
- Babayeva T.T. (2000). Nizami Gəncəvinin ədəbi irsində şəxsiyyət problemi. Bakı, Nurlan. 198 s.
- Əlibəyzadə E. (2004). Nizami və tariximiz. Bakı, 186 s.
- Əlizadə Ə., Şirinova Z. (2006). Nizami Gəncəvinin psixoloji görüşləri. Bakı, ADPU. 277 s.
- Əhmədov Ə. (2001). Nizami-Elmşünaslıq. Bakı, 254 s.
- İbrahimov Ş. (2012). Bütün dünyanın böyük mütəfəkkiri. “Təhsil” jurnalı. Yanvar. s. 30-35.
- Kərimli T. (2002). Nizami və tarix. Bakı, Elm. 241 s.
- Şirinova Z. (2002). Nizami Gəncəvinin psixoloji görüşləri. Bakı, 151 s.