Əfsanə və rəvayətlərin uşaqların mənəvi inkişafında rolu, əhəmiyyəti və tədrisi məsələləri
Автор: Çinarə Rzayeva
Журнал: Azərbaycan dili və ədəbiyyat tədrisi @az-dili-edebiyyat
Рубрика: Metodika
Статья в выпуске: 1 (267), 2021 года.
Бесплатный доступ
Müasir dövrümüzdə milli kimliyimizi, folklorumuzu qoruyub saxlamaq xüsusilə zəruridir. Uşaqlar ana dilinin incəliyini, saflığını və gözəlliyini lap körpəlikdən anlamalıdır. Analar dilin gözəlliyini beşik başında oxuduqları laylalar, bayatılar, əzizləmələr vasitəsilə uşağın ruhuna hopdurur. Məqalədə uşaqların mənəvi zənginliyinin artması və onların mükəmməl şəxsiyyət kimi yetişməsində əfsanə və rəvayətlərin rolu geniş araşdırılır. Bir çox təhlillər aparılaraq əfsanə və rəvayətlərin mənəvi əhəmiyyəti, tərbiyəvi cəhətləri müəyyən edilir. Həmçinin məqalədə əfsanə və rəvayətlərin tədrisinə verilən önəm və onların daha yaxşı mənimsənilməsi üçün müasir təlim metodu və üsullardan necə istifadə edilməsi məsələləri də araşdırılır. Tədqi-qatlar zamanı bir daha məlum oldu ki, uşaqların həyatında əfsanə və rəvayətlərin rolu danılmazdır. Həmçinin məqalədə bu nümunələrin uşağın milli ruhda böyüməsinə, yaradıcılıq qabiliyyətlərinin formalaşmasına göstərdiyi təsir də qeyd olunur.
Folklor, əfsanə və rəvayətlər, uşaqlar, inkişaf
Короткий адрес: https://sciup.org/170175811
IDR: 170175811 | DOI: 10.48445/TAIIJ.2021.63.40.009
Текст научной статьи Əfsanə və rəvayətlərin uşaqların mənəvi inkişafında rolu, əhəmiyyəti və tədrisi məsələləri
ARTICLE HISTORY Received: 09.02.2021 Accepted: 22.02.2021
In today's world the preservation of national identity, and in particular of the folklore is very important. Children need to be aware of infancy tenderness, fragility, purity and beauty of the native language. Mothers at the cradle try to absorb the beauty of the language into the spirit of the child with the help of lullabies, bayatis and caressing rhymes. Position of preserving this heritage is primarily dependent on the mothers, and then on teachers. The article also focuses on the role of legend and legendin increasing the spiritual wealth of children and their growth as perfect individuals. The article investigates the importance given to the development of folk examples in as well as ways to better use of modern methods in its teaching. Many studies have investigated the spiritual significance and educational value of legend and legendin. Research has once again established that the role of valuable tales in children's lives is immense and undeniable. The article also notes the special influence of.
Giriş / Introduction
Hər bir xalqın folkloru onun mənəvi kimliyi, söz varlığı, keçmişi, həyata baxışı, yaşayış tərzi barədə məlumat əldə etməyə imkan yaradır. Çünki folklorumuzda xalqımızın milli sərvəti cəmləşib. Folklor nümunələri təkcə keçmişimizi yaşadan xəzinə deyil, həmçinin mühüm tərbiyəvi əhəmiyyət daşıyan yaddaş kodudur. Zəngin folklor materiallarının tərkibində uşaq folkloru xüsusi yer tutur. Bu folklor nümunələri uşaqların mənəvi inkişafında, onların düzgün formalaşması və sağlam böyüməsində mühüm rol oynayır. Bunlarla yanaşı, uşaqların diqqətini çəkən janrlardan biri də əfsanə və rəvayətlərdir. Folklorun epik növünə aid olan bu janrlar xalqın tarixini, dünyagörüşünü, təfəkkürünü özündə yaşadır. “Əfsanə janrı bir formal struktur hadisəsi olmaqla, məzmununu reallıqdan alır. Bu baxımdan, mətndə əks olunan məzmun formanı həm şərtləndirir, həm də onu hərəkətə gətirir” [3, s.6].
Digər janrlar kimi bu janr da uşaqlar üçün maraqlıdır. Belə əhəmiyyətli əfsanə və rəvayətlərin bir neçəsinə nəzər salaq:
“Təmənnalı yaxşılıq” əfsanəsinin uşaqlar üçün tərbiyəvi əhəmiyyəti çox böyükdür. Aşağıda həmin əfsanəni tam şəkildə verib, sonra onun tərbiyəvi əhəmiyyətini izah edək:
“Şərur düzündə öz zəhmətilə güzəran keçirən bir qoca əkinçi yaşayırdı. Yazın ilıq nəfəsi duyulurdu. Qoca xışı yenicə qoşub bir-iki cız əkin etmişdi. Gördü ki, bir quzğun caynağına aldığı hacıleyləyi sal bir daşa çırpdı. Quzğun leyləyin üstünə bir də şığımaq istədi. Ancaq qocanı görüb, havada bir neçə dövrə vurdu. Ona qədər qoca özünü hacıleyləyə çatdırdı. Baxdı ki, leyləyin qanadının və qıçının biri sınıb. Axşam evə dönəndə hacıleyləyi də gətirdi. Bir müddət dava-dərmanla yaralı quşun qanadını və qıçını müalicə etməklə məşğul oldu. Hacıleyləyin qanadı və qıçı sappasağ oldu. Qoca əkinçi buna çox sevindi. O, hacıleyləyi gətirib çölə buraxdı.
Aradan xeyli keçmişdi. Qoca əkinçi şuma toxum səpirdi. Bir də gördü ki, budur ha, hacıleylək gəldi, onun başı üstündə çırpınıb qanad çaldı. Axırda da yerə bir toxum salıb getdi. Qoca bildi ki, xeyirli şeydi. Onları səliqə ilə torpağa basdırdı. Vaxt-vədə gəlib keçdi. Bu toxumdan iri qarpızlar əmələ gəldi. Qoca qarpızlardan birini kəsdi. Baxdı ki, qan qırmızı olan bu qarpızların beçə balı kimi şirinliyi var.
Qoca xeyli fikirləşəndən sonra dedi:
– Bu ölkənin şahı çox əzazil bir adamdır. Bunun birini onsuz bazara çıxarıb satsam, dərimə saman təpər.
Bunu qabaqcadan hiss edən qoca bağban tağdan bir-iki qarpız üzdü, məcməyiyə qoyub üstünə yaylıq örtdü və şaha hədiyyə apardı.
Şah əkinçinin hədiyyəsinə heyrətlə baxırdı, nə olduğunu bilmirdi. Qarpızı kəsəndə içindən süfrəyə bir ətək qızıl töküldü.
Qocanı heyrət bürümüşdü ki, bu necə olan şeydi?
Şah dedi:
– Bu sirdən məni agah et!
Qoca əkinçi hacıleylək əhvalatını danışdı.
Şah əmr edib dedi:
– Sənə üç gün möhlət verirəm, hər necə olur-olsun, həmin hacıleylək quşunu tutub mənə gətirməlisən.
Ağır cəzadan qorxan qoca əkinçi tələ qurdu, tor qayırdı. Çox çətinliklə hacıleyləyi tutub şaha gətirdi. Şah hacıleyləyin əvvəl qanadının birini, sonra da qıçının birini öz əli ilə sındırdı. Quşa xüsusi yer ayırdı. Onu böyük qayğı ilə sağaltmağa başladı. Quşun qanadı və qıçı gözəl xidmət nəticəsində sağaldı. Şah quşu əlləri üstə alıb havaya uçurdu. Hacıleylək bir an içərisində uçub görünməz olub, çox-çox uzaqlara uçdu. Şah hər gün pəncərədə oturub quşun yolunu gözləyirdi. Quş həqiqətən bir səhər qayıtdı və ağzında bir neçə toxum gətirdi. Quşun güllü bağçaya atdığı toxumu bir-bir yerdən yığdılar.
Şahın əmri ilə bağçanı tərtəmiz etdilər. Qızılgül kollarını çıxarıb kənara atdılar. Əvəzində torpağa quşun gətirdiyi toxumu əkdilər. Bir neçə gündən sonra bağçanı qaratikan kolu ağzına götürdü. Qaratikanı nə qədər kəsdilər, atdılar, kökünü kəsə bilmədilər.
Şaha agah oldu:
– Qoca bağbanın quşa etdiyi yaxşılıq təmənnasız, onunku isə, təmənnalı yaxşılıq idi. Bunu bilən quş hər kəsə öz payını çatdırıb” [3, s.164].
Bu əfsanədə uşaqlar yaxşılığın nəticəsinin mükafat, pisliyin nəticəsinin isə pislik olduğunu görür və dərk edir ki, yaxşılıq etmək lazımdır. Həm də kiməsə pislik edib, sonra yaxşılıq etmək də müsbət nəticələnmir. Burada şahın etdiyi yaxşılıq yox, pislik idi. Təmənna umduğuna görə yaxşılıq etmiş kimi göründü. Uşaqlar belə janrlar vasitəsi ilə yaxşılığın nə olduğunu bir daha dərk edir. Unutmayaq ki, yaxşılıq “bəziləri üçün, daha doğrusu əksəriyyət üçün bu söz sadəcə sənə ehtiyacın olduğu halda uzadılan ələ qarşılıq, qısacası, nəyəsə qarşılıq verməyə duyulan mənəvi ehtiyac, çox az saylı insanlar üçün isə, istər maddi, istərsə də mənəvi qarşılıq güdmədən, sadəcə içindən gəldiyi üçün, heç kəsə bildirməyə, nümayiş etdirməyə çalışmadan, əksinə, hətta yaxşılıq etdiyin insanın belə özünü səndən asılı, bəlkə də aciz hiss edə bilməsi ehtimalına qarşı bunu o insandan belə gizlədərək, ən azı bəlli etməməyə çalışılaraq edilən bir əməldir”.1
Bu məqamda bununla bağlı atalar sözləri yada düşür:
Yaxşılıq eləyib bir şey umursansa, etməsən yaxşıdır.
***
Yaxşılıq itməz.
***
Yaxşılıq yerdə qalmaz.
***
Yaxşılıq elə ki, başına gəlsin.
***
Yaxşılıq edən yaxşılıq görər [4, s.411].
İnsan təfəkkürünün məhsulu olan bu janrın tədrisini də bir sıra üsullarla maraqlı etmək mümkündür. Uşaqlara əfsanələr haqqında məlumat verəndən sonra, bir neçə nümunə göstərmək lazımdır ki, onlar əfsanənin mahiyyətini anlaya bilsinlər. Sonra uşaqlara hər hansı bir canlının, əşyanın, dağın və s. adını verib ona bununla bağlı əfsanə yaratmaq da tapşırılsa, düşünürük ki, müsbət nəticələr əldə edilmiş olar. Bu zaman uşaq gözü önündə gördüyü və ya xəyal etdiyi bir şey haqqında öz ağlından, ürəyindən keçənləri, öz təfəkkürünə uyğun hər hansısa bir ideyanı, fikri söyləyərək əfsanə yaradacaqdır. Bu həm uşaqlarda söz ehtiyatını artıracaq, həm də onların təfəkkürünü, düşüncəsini inkişaf etdirəcəkdir. Bir neçə əfsanəyə nəzər salaq:
“Deyirlər ki, qədim zamanlarda yer üzündə iki div var imiş. Bu divlərdən biri Məğribdə, o birisi Məşriqdə yaşayırmış. Bunlar qolda, qüvvətdə bir-birindən geri qalmazmış. Hər ikisi öz igidliyindən dəm vurub “mənəm-mənəm” deyərmiş. Onlar bir-birinin haqqında çox eşidibmiş, amma heç vaxt görüşməyiblərmiş. “İki qoçun başı bir qazanda qaynamaz!” – deyib, Naxçıvanda görüşmək qərarına gəlirlər.
Uzun səfərdən sonra onlar üz-üzə durub vuruşmağa başlayırlar. Vuruşları çox çəkir, heç biri üstün gələ bilmir. Bu minval ilə xeyli vuruşurlar, di gəl ki, bir şey çıxmır. Divlər qurşaq tuturlar, yenə bir-birini yıxa bilmirlər. Axırda toppuz vuruşuna keçirlər. Sən demə, bu divlərdən biri qadın imiş, o biri kişi. Amma bu məsələdən kişi divin xəbəri yox imiş. Toppuz vuruşu da çox bərk gedir. Birinci, ikinci vuruşda toppuzlar göydə çox toqquşur. Üçüncü vuruşda toppuzu bir-birinin başına endirə bilirlər. Qadın divin toppuzu kişi divin başın haçalayır, kişi divin toppuzu da necə bərk dəyirsə, qadın div uşaq salmalı olur. Həm də zərbələrini bərk vurduqlarından bir-birindən aralı düşürlər. Kişi div öz əməlindən peşman olur, yaralı-yaralı başını qaldırır ki, qadın divi görsün, amma qadın div çox aralı düşübmüş. Divlərin vuruşu göylərə xoş getmir. Hər iki divi Tanrı daşa döndərir. Üstündən xeyli keçəndən sonra divlər iki dağa dönüb aralıdan bir-birinə baxırlar. O vaxtdan kişi div “Haça dağ”, qadın div isə “Ağrı dağ” adı ilə tanınır. Ağrı dağın yanında balası da var”.2
Uşaqlar bu əfsanə vasitəsi ilə iki dağın adını öyrənmiş olur. Öyrəndikləri bu dağ adları onlarda maraq oyadacaq, gələcəkdə bu mövzuda elmi araşdırmalarını aparacaqlar. Fikrimizcə, dağın şəklini uşaqlara elektron lövhədə göstərməklə, daha yaxşı nəticələr əldə etmiş olarıq. Sonra uşaqlara “Bununla bağlı siz necə əfsanə yaradardınız?” – sualını verə bilərik.
Quşlarla bağlı hər hansı bir əfsanə danışırıqsa, onunla bağlı bir sıra slaydlar hazırlamaq, yaxud əyani vasitələrdən istifadə etməklə, uşaqlara bu əfsanəni daha yaxşı mənimsətmiş olarıq. Bu mövzu ilə bağlı olan əfsanələr kiçik yaşlı uşaqlar üçün xüsusi ilə maraqlıdır. Bu əfsanələrdə yaş həddinə uyğun elə mövzular seçilməlidir ki, uşağın diqqətini cəlb etsin və o, mövzunu dərk etməkdə çətinlik çəkməsin. Quşlardan danışarkən onlarla bağlı əfsanələri xatırlamaq yerinə düşər. “Şanapipik quşu” əfsanəsi bu mənada maraqlı ola bilər:
Şanapipik əvvəllər gəlin imiş. Bir dəfə başını yuyurmuş. Bu vaxt onun qayınatası içəri daxil olur. Gəlin utanır. Allaha yalvarıb deyir:
– Ay Allah, qayınatam saçlarımı gördü, mən xəcalətdən onun üzünə baxa bilmərəm, məni ya daş elə, ya da quş. Gəlin quşa çevrilir. Darağı başında qalır, şanapipik olur. Şanapipik çöldə yaşasa da, abadlıqdan çox uzağa getmir, axı onun gözü istəkli ərində, doğma evində qalıb… [3, s.170].
Bu əfsanənin tərbiyəvi əhəmiyyəti nədədir? – sualına belə cavab verə bilərik. Burada gənclərin böyüyə hörməti, öz yerini, hərəkətini bilməli olduğunu görürük. Yəni, anlayırıq ki, hər kəsin yanında istədiyimiz kimi davrana bilmərik. Böyük-kiçik bilinməli, kişi-qadın məsafəsi qorunmalıdır. Burada gəlinin utanıb Allaha yalvarması ilə quş olması hər kəsi bir çox yöndən düşündürməlidir.
Tədris prosesində bir əfsanənin bir neçə variantını nəql etməklə də, uşaqların diqqətini cəlb etmək mümkündür. Bu, uşaqlarda dərin düşüncə yaradır, onların fikir va tafakkurlari daha da zanginla§ir. Masalan, ay va guna§la bagli iki ayri-ayri afsanaya diqqat yetirak:
I variant:
“Bela ravayat edirlar ki, bir ki§i ova gixir. Olina bir §ey du§mur. Axir galib kigik bir golun kanarina gixir. Gorur ki, golun o tayinda gozal bir qiz ayla§ib gola tama^a edir. Qiz o qadar gozal imi§, §ovqundan ovgu ona baxa bilmirmi§. Axir ovgu birtahar ona yaxinla§ib soru§ur ki, san kimsan? Qiz cavab verir ki, manim adim Guna^dir. Ovgu ila Guna§ bir az sohbat edirlar, ax§amin qaranligi atrafi buruyur. Ovgu Guna§a taklif edir ki, onlara qonaq getsin. Guna§ razi olur. Onlar birlikda ovgunun evina galirlar. Ovgu qonagi boyuk hormatla qar§ilayir. Guna§ ayrica bir otaqda yatir. Sabah agilir, hamidan qabaq qonaq durur. O, hayata gixan vaxt atraf nura boyanir. Bu zaman ev yiyasi da yuxudan oyanir. Guna§a baxanda gozlari qama§ir. Ovgu Guna§a yaxin geda bilmir. Bu vaxt Guna§ oz gozalliyindan utanib, yenidan otaga qayidir. Ovgu oz qonaginin gozalliyi haqqinda qon§ulara dani§ir. Bildirir ki, ona yaxin du§mak gatindir. Qon§uluqda olan bir ki§i deyir. Man onu tuta bilaram. Guna§ yena ovgunun evinda qalir. Sahar ovgu va onun qon^usu Guna§i gormak va tutmaq ugun bayirda gozlayirmi§lar. Guna§ gola gixan kimi yena alam nura boyanir. Ovgunun qon§usu gorur ki, dogrudan da ona yaxin du§mak mumkun deyil. Ondan suzulan i§iq ox kimi adamin gozuna sancilir. Axirda qon§u tanga galib onu yayi-oxu ila vurur. Bu ox Guna§i sinasindan yaralayir. Guna§ yarali-yarali qagir. Guna§ goyun ust qatina qalxir va oz donunu soyunur. Donundaki qan izlari qur§aq §aklinda goyun uzunda yagi§dan sonra gorunur. Ovgu tutdugu i§dan penman olur va bir at minib onu axtarmaga gedir. Ancaq ona gata bilmir. Deyillar, hamin ovgu Ay imi§, qonaq isa alama nur sagan, dunyaya gozallik veran, hayat veran Guna§ imi§”.
II variant:
“Deyillar Ay va Guna§ baci qarda§ imi§. Bir gun onlarin analari yuxa bi§irmak ugun hazirliq gorurmu§. Anasi Ayi gagirir ki, get oxlovu gatir. Ay oxlovu gatirmir, deyir:
- Guna§ gatirsin.
Guna^la Ay bir-biri ila sava^ir. Bu zaman ana saci kullayirmi§. Na qadar tapinir ki, sava^mani qurtarsinlar, ancaq onlar e^itmir. Ana aciqli-aciqli durur va Ayin uzuna bir silla vurur. Guna§ qorxusundan asim-asim asir. Ay tutdugu i^dan utanir. Har ikisi evdan qagirlar. Deyillar, Guna§in gunahi olmadigi ugun o gunduz, Ay isa utandigindan geca gazmaya gixir. Ana isa vicdan azabi gakir va heg birinin uzuna diqqatla baxa bilmir” [3, s.223-225].
Bu variantlılıq sanki daha çox tapmacaları xatırladır. Həm o janrı tədris edəndə, həm də bu janrı variantlı verməklə, uşaqları bir qədər çox düşündürmüş oluruq. Çünki variantlılıq olan janrlar uşaqların daha çox düşünməsinə səbəb olur. Əfsanənin məzmununa əsasən, onun tərbiyəvi əhəmiyyətli olmasını görürük. Uşaqlar edilən pisliyin nəticəsinin, etdiyin pis əməlin peşimançılığının ömür boyu sürməsini görür və nəticə çıxardırlar ki, həyatda elə işlər görməlisən ki, ondan heç bir zaman peşimançılıq çəkməyəsən.
Hər nümunə özlüyündə dərin mənaya, tərbiyəvi əhəmiyyətə malikdir. Əsas məsələ odur ki, bu əhəmiyyətli tərəfi ortaya çıxarıb düzgün şəkildə izahını verəsən. Ona görə də nümunələr hər zaman yerində deyilməlidir. Hər nümunəni istənilən zaman söyləməklə, müsbət nəticə əldə etmək çox çətindir. Yaxşı olar ki, əfsanələri tədris etməklə yanaşı, hər yaranan nümunənin gerçək yaranma səbəbi də izah edilsin. Yəni, həqiqətdə quşların, dağın, Günəş və Ayın yaranmasını elmi yolla izah etmək lazımdır. Daha sonra xalq dilində yayılanları söyləyib, uşaqlarda müəyyən fikir yaratmaqla da onların düşüncə diapazonunu və yaradıcı təfəkkürünü inkişaf etdirmək olar.
Nəticə / Conclusion
Məqalədə folklorun maraqlı janrlarından biri olan əfsanələrdən bir neçəsini nümunə kimi verib, onun uşaqların tərbiyəsində, mənəvi inkişafında əhəmiyyətini izah etməyə çalışdıq. Fikrimizcə, bu nümunələrlə əfsanələrin uşaqların həyatındakı rolunu araşdırıb müəyyən edə bildik. Bu janrın əsas müsbət cəhəti onun uşaqların marağına səbəb olmasındadır. Yəni uşaqlar yorulmadan, bezmədən, həvəslə, səbirlə əfsanələrə qulaq asır. Belə olduğu halda, əfsanələr vasitəsilə uşaqların dünyagörüşünün artırılmasında müsbət addımlar atılmış olur. Uşaqların marağına səbəb olduğu üçün bu janr vasitəsi ilə onlara bir çox tərbiyəvi əhəmiyyətli fikirləri, uşağın tərbiyəsi üçün önəmli olan nüansları çatdıra bilərik. Aparılan təhlillər bir daha göstərdi ki, uşaqların özlərinin müəyyən əfsanə və ravəyət yaratmaları onların təfəkkürünü inkişaf etdirir, yaradıcılıq qabliyyətlərini ortaya çıxardır. Bu da onu deməyə əsas verir ki, folklor janrlarının uşaqların mənəvi inkişafında rolu danılmazdır. Buna görə də folklor materiallarını uşaqlara sevdirməli və onları gələcək nəsillərə çatdırmaq üçün qorumalıyıq.
Список литературы Əfsanə və rəvayətlərin uşaqların mənəvi inkişafında rolu, əhəmiyyəti və tədrisi məsələləri
- Azərbaycan folkloru antologiyası. (2005). IX kitab. 267 s.
- Əliyev R. (2014). Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 350 s.
- Pirsultanlı S.P. (2009). Azərbaycan türklərinin əfsanələri. Bakı, Azərnəşr. 430 s.
- Yaqubqızı M. (2013). Atalar sözləri. Bakı, Nurlan. 476 s.
- https://az.wikisource.org/wiki/A%C4%9Fr%C4%B1da%C4%9F_%C9%99fsan%C9%99si
- https://nihatatakishiyev.wordpress.com/2015/03/10/yaxsiliq-n%C9%99dir/