Metodika. Рубрика в журнале - Azərbaycan dili və ədəbiyyat tədrisi

Публикации в рубрике (3): Metodika
все рубрики
Kurikulum üzrə ədəbiyyat dərslərində B.Vahabzadənin həyat və yaradıcılığının öyrədilməsi imkanları

Kurikulum üzrə ədəbiyyat dərslərində B.Vahabzadənin həyat və yaradıcılığının öyrədilməsi imkanları

Bilal Həsənli

Статья научная

Gənc nəslin xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı ilə ilk ciddi tanışlığı ümumtəhsil məktəblərində ədəbiyyat dərslərindən başlanır. Ədəbiyyat dərslərində görkəmli sənətkarın şəxsiyyəti və yaradıcılığının bütövlüyü, vəhdəti, vətəndaşlıq mövqeyi, xalqımızın istiqlal mücahidi olması şagirdlərdə aydın təsəvvür yaradılmalıdır. Bu məqsədlə təlim prosesində kurikulumun tələbinə uyğun olaraq, müzakirə, diskussiya, təqdimat, problemin həlli, debat, təqdimat və s. interaktiv metodlardan məqsədyönlü istifadə, şagirdlərin tədqiqatçılıq fəaliyyətinin, əlavə mənbələr üzrə işinin təşkili zəruridir. Təlimi prosesində ədibin Azərbaycanın müstəqilliyi, türk xalqlarının birliyi uğrunda mübarizə aparmasından söz açılmalıdır. Ədəbiyyat dərslərində sənətkarın həyat və yaradıcılığı, monoqrafik şəkildə öyrənilən əsərləri müzakirə olunarkən, şairin vətəndaşlıq qayəsi, mövqeyi, həyatı boyu apardığı istiqlal mücadiləsi konkret nümunələr əsasında, əlavə mənbələrdən istifadə ilə aydınlaşdırılmalıdır.

Бесплатно

Repressiya qurbanı olan ədiblərimizin ana dili tədrisinin zəruriliyi uğrunda mübarizəsi

Repressiya qurbanı olan ədiblərimizin ana dili tədrisinin zəruriliyi uğrunda mübarizəsi

Kamal Camalov

Статья научная

Məqalədə repressiyaya məruz qalan Azərbaycan ədibləri – Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminlinin ana dili və onun tədrisi uğrunda mübarizələri tədqiq və təhlil obyektinə çevrilmişdir. Göstərilir ki, repressiya qurbanlarının pedaqoji irsinin öyrənilməsi yalnız tarixilik nöqteyi-nəzərdən deyil, həm də bu günümüz üçün faydalıdır. Repressiya qurbanlarının pedaqoji irsində təlim məsələləri – təlimin funksiyaları, prinsipləri, metodları mühüm yer tutur. Məslək və amal dostları XX əsrin əvvəllərində Azərbaycanda genişlənən təlimin ana dilində aparılması ideyasının tərəfdarı olmuş, onun ictimai-siyasi və pedaqoji əhəmiyyətini şərh etmişlər. Məqalədə maraq kəsb edən yanaşmalardan biri də dərsliklərin anlaşıqlı, sadə və aydın ana dilində, elmi və pedaqoji əsaslara uyğun yazılmasına münasibətin bildirilməsidir. Məqalədə vətən fədailərinin Azərbaycan məktəblərində ana dilinin tədri-sinin zəruriliyi və əhəmiyyəti haqqında fikir, ideya və görüşləri elmi ümumiləşdirmələrlə təhlil edilmişdir.

Бесплатно

Əfsanə və rəvayətlərin uşaqların mənəvi inkişafında rolu, əhəmiyyəti və tədrisi məsələləri

Əfsanə və rəvayətlərin uşaqların mənəvi inkişafında rolu, əhəmiyyəti və tədrisi məsələləri

Çinarə Rzayeva

Статья научная

Müasir dövrümüzdə milli kimliyimizi, folklorumuzu qoruyub saxlamaq xüsusilə zəruridir. Uşaqlar ana dilinin incəliyini, saflığını və gözəlliyini lap körpəlikdən anlamalıdır. Analar dilin gözəlliyini beşik başında oxuduqları laylalar, bayatılar, əzizləmələr vasitəsilə uşağın ruhuna hopdurur. Məqalədə uşaqların mənəvi zənginliyinin artması və onların mükəmməl şəxsiyyət kimi yetişməsində əfsanə və rəvayətlərin rolu geniş araşdırılır. Bir çox təhlillər aparılaraq əfsanə və rəvayətlərin mənəvi əhəmiyyəti, tərbiyəvi cəhətləri müəyyən edilir. Həmçinin məqalədə əfsanə və rəvayətlərin tədrisinə verilən önəm və onların daha yaxşı mənimsənilməsi üçün müasir təlim metodu və üsullardan necə istifadə edilməsi məsələləri də araşdırılır. Tədqi-qatlar zamanı bir daha məlum oldu ki, uşaqların həyatında əfsanə və rəvayətlərin rolu danılmazdır. Həmçinin məqalədə bu nümunələrin uşağın milli ruhda böyüməsinə, yaradıcılıq qabiliyyətlərinin formalaşmasına göstərdiyi təsir də qeyd olunur.

Бесплатно

Журнал