Postmodernizm dövründə Azərbaycanın dil situasiyası

Автор: Cahid Kazımov

Журнал: Azərbaycan dili və ədəbiyyat tədrisi @az-dili-edebiyyat

Рубрика: Dilçilik məsələləri

Статья в выпуске: 1 (267), 2021 года.

Бесплатный доступ

Başqa mövzular (dil siyasəti, dilplanlaşdırma və s.) kimi “dil situasiyası” aspektindəki sosiolinqvistik tədqiqatlar mühüm ümumsosioloji önəm daşıyır. Onun üçün böyük əhəmiyyət daşıyır ki, dil sosial həyat mühitinin demək olar ki, çox tərəflərini əks etdirir. Bu sahədə metodik üsullar ondan ibarətdir ki, bütövlükdə inzibati-ərazi sektorunda yad dilin funksionallaşma meyilləri və dil siyasəti, həmçinin dil situasiyasının müxtəlif tiplərinin təhlili və s. məsələlər tədqiqat obyektini təşkil edir. Məqalədə sosiolinqvistikanın “İnsan və dil” problemi birdillilik və çoxdillilik şəraitində şərh olunur. Bilin-qivizm şəraitində yaşayan və fəaliyyət göstərən insanın davranışına, əlbəttə, dil birinci növbədə təsir göstərir. Bu, əsas etibarilə psixoloji problemdir. Müasir Azərbaycan ədəbi dilinin inkişaf xarakteri (demokratikləşmə) və perspektivləri sosial və dil situasiyası müstəvisində səciyyələnir. Məqalədə müasir dil situasiyası postmodernizm kontekstində təhlil olunur. Müasir Azərbaycan ədəbi dili və yeni dil situasiyası müstəvisində qarşılıqlı əlaqələrin başlıca özəllikləri aydınlaşdırılır.

Еще

Açar sözlər dil situasiyası, ikinci dil, postmodernizm, ədəbi dil, milli dil

Короткий адрес: https://sciup.org/170175806

IDR: 170175806   |   DOI: 10.48445/TAIIJ.2021.34.97.004

Текст научной статьи Postmodernizm dövründə Azərbaycanın dil situasiyası

ARTICLE HISTORY

Received: 02.02.2021

Accepted: 09.03.2021

Sociolinguistic researches in the aspect of "language situation" as well as other topics (language policy, language planning, etc.) is of great general sociological importance. It is important because language reflects almost all aspects of the social life environment. Methodological methods in this area are that in the administrative-territorial sector as a whole, the tendencies of foreign language functionalization and language policy, as well as the analysis of different types of language situation, etc. issues are the object of research. The article discusses the "Man and language" problem of sociolinguistics in the context of monolin-gualism and multilingualism. The development nature (democratization) and prospects of the modern Azerbaijani literary language are characterized by the social and linguistic situation. The article analyzes the situation of modern language in the context of postmodernism. The main features of the interaction in the context of the modern Azerbaijani literary language and the new language situation are refined. In essence, by comparing the socio-territorial structure, territorial-linguistic structure and territorial-social linguistic structure, the nature of the language situation in a region is revealed, defined, and the main factors influencing development are clarified.

Giriş / Introduction

Dil çoxfunksiyalı bir hadisədir. Həmin funksiyalar dilin cəmiyyətlə əlaqə və münasibətinin daha sıx olduğunu göstərir. Dil və onun funksionallaşması, cəmiyyət həyatında mühüm vəzifələri yerinə yetirməsi hər zaman aktual olmuşdur. Dil sosial əlaqələrin formalaşması üçün də bir vasitədir. O, insan zehninin fəaliyyətinin substratı olduğundan, onun mənəvi həyatı üçün də dil mühiti, dil situasiyası zəruridir. Bu cəhətdən dil sosiallaşma mühitində keçmiş təcrübənin qazandığı saysız uğurları özündə mərkəzləşdirir və bir düşüncə vasitəsi olaraq istifadə edildiyi üçün insanları (dildaşıyıcılarını) həmin təcrübənin təsiri ilə yaranan davranışa tabe və məcbur etmək məcburiyyətində qalır. Bu zaman funksionallaşan dilin kommunikativ və dərketmə funksiyaları arasında sıx əlaqə formalaşır.

Bu sahədə nöqsanlara yol vermək olmaz. “Müəyyən ərazilərdə, regionlarda işlədilən dil nöqsanlı olarsa, sözlər düşüncəni yaxşı anlada bilməz. Düşüncə yaxşı anlaşılmazsa, edilməsi lazım olan şeylər yaxşı edilməz, vəzifələr yaxşı yerinə yetirilməz. Vəzifələr lazımi şəkildə yerinə yetirilməzsə, adətlər və mədəniyyətlər pozular. Adətlər və mədəniyyətlər pozularsa, ədalət yanlış yoluna düşər. Ədalət yolundan çıxarsa, çaşqınlıq içinə düşən xalq nə edəcəyini, işin haraya varacağını bilməz. Deməli: cəmiyyətdə heç bir şey dil qədər əhəmiyyətli deyil” (Konfutsi) [2, s.3]. Dil xalqın tarixidir. Dil mədəniyyət və sivilizasiya yoludur. Bu yolda ölkənin daha çox önəm daşıyan “dil situasiyası” da ciddi marağa səbəb olur. Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da müasir dil situasiyası nəinki özünəməxsus tarixi təcrübə qazanmış, eyni zamanda bazar münasibətlərinə uyğun dəyişmələrə məruz qalmış, hər bir tarixi dövr ərzində öz orijinal xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir.

V.V.Vinoqradovun təbirincə desək, “dilin funksional-üslubi çoxcəhətliliyindəki dəyişmələr tarixi kateqoriya kimi xalqın həcm tutumu, tərkibi və sosioloji mahiyyətindəki tarixi dəyişmələrlə sıx bağlıdır” [7, s.17].

Bu baxımdan biz dilə, ümumiyyətlə, tarixi situasiyalarla sıx əlaqədə yanaşırıq. Amma dil situasiyalarını müəyyənləşdirməkdən ötrü müəyyən olunduğu kimi, sosiolinqvistikada hələ ki, hamı tərəfindən qeyd-şərtsiz etiraf edilən bir ölçü yoxdur. Amma bununla belə, dil situasiyası problemi ilə dilçiliyin yeni sahəsi olan sosiolinqvistika məşğul olur. Sosiolinqvistik tədqiqatlar hər bir ölkənin, respublikanın, ərazinin, regionun, yaşayış məntəqəsinin dil situasiyasını adekvat (tam uyğun, bərabər) təqdim edir. Dil situasiyası hər hansı bir bölgədə istifadə olunan dillərin toplusunu, kompleksini, dəstini səciyyələndirir, hər bir dildə danışanların sayı, yaşı, dilə sahib olma, yiyələnmə dərəcəsi, hər bir dildən hansı durumda istifadə etmə, nəhayət, hər dildən istifadədə bir-birinə yaxınlıq, bir-birinə təmas, tezlik göstəricisini və s. əhatə edir.

Bəzi tədqiqatçılar dil situasiyası termininin əvəzinə “dil assimmetriyası” vahidini də işlədirlər [Bayramova L.K. Kazan, 2002].

Ümumiyyətlə, XX əsrin sonu XXI əsrin başlanğıcında dilə, dilin varlıq formalarına yeni bir baxış ifadə olunur. Bu yanaşma quruluşun, sosial münasibətlərin, yeni-yeni sahələrin meydana gəlməsi, şüurlarda demokratik fikirlərin və s. baş qaldırması ilə səciyyələnir. İntensiv sosial-siyasi, iqtisadi, mədəni, ideoloji proseslər, ekstralinqvistik dəyişmələr hər bir respublikada olduğu kimi, ölkəmizdə də dil situasiyasını dəyişir. Rus dilinin ikinci bir dil kimi istifadəsi bir qədər arxa plana keçir. Necə deyərlər, dilin balansı dəyişir. Keçən totalitar dövrdə – 70 illik dövr ər-zində rus dili respublikada cəmiyyət həyatının bütün sferalarında mühüm funksiyaları yerinə yetirmişdir. Bu dil demək olar ki, respublikanın bütün sahələrində (məktəbəqədər müəssisələrdə, orta ümumtəhsil məktəblərində, universitetlərdə, diplomatik yazışmalarda, nazirliklərdə və s.) güclü işlək dairəsinə malik olmuşdur. Rus dilindən milli dillə yanaşı, kütləvi informasiya vasitəsi (kütləvi kommunikasiya, televizor, radio, mədəni sahələr, teatr, kino və s.) kimi istifadə edilmişdir.

Fəlsəfi istiqamət olan postmodernizm mədəni fonemendir. “Postmodernizm” ( fr. Postmodernisme – modernizmdən sonra) termini deyərkən, hər hansı bir dövrün və mərhələnin bilavasitə aid olduğu dövrdən və mərhələdən sonra tutduğu vəziyyət nəzərdə tutulur. Postmodernizm yeni diskursun, rasionalizmin, üslubun, yeni ideyanın xüsusi tipidir, əsasən dövrü təyin edir. Məhz bu dövrdə müasir dil situasiyası və Azərbayan ədəbi dilinin inkişaf ənənələri hansı kriteriyalar əsasında reallaşa və əlaqə yarada biliblər? Bu sualın cavabı mövzunun aktual olduğunu göstərən ümdə cəhətlərdəndir.

Ədəbi dil tarixi, aydın məsələdir ki, dil faktlarını nitqin, mətnin içində öyrənir. Həm dil situasiyası, həm də ədəbi dil tarixi fikrin necə təzahür olunma imkanını əsas götürür. İstifadə olunan hər hansı bir dildə (ikidillilik, çoxdillilik şəraitində) var olan qrammatik formaların ideyanı, təfəkkürü ifadə etməsindəki “çevikli”yi nəzərə alır. Hər iki halda dilin iç potensialı aşkarlanır. Dil faktlarının münasibət qurduğu dinamik sosial şəraiti, fikrin ifadəsindəki “mütəhərriklik bacarığı”nı, “tarixi və sosioloji, əqli-idraki mündəricə”ni göstərir. Müasir dil situasiyası və Azərbaycan ədəbi dilinin ink-işaf ənənələrini Tofiq Hacıyev belə xarakterizə edir: “Ədəbi dil tarixi milli dil faktları ilə əcnəbinin (yad dilin) qarşılıqlı əlaqəsini də unutmur və milli qrammatk quruluşun və lüğətin müzəffər çıxmasının tarixi mənzərəsini canlandırır. Başqa dillərlə təmasda dilin orqanizmində gedən reaksiyaların məhsulunu nümayiş etdirir Fikrin müəyyən mərhələdəki ifadə tərzində əcnəbi elementlərin iştirakının ictimai-linqvistik və mədəni tarixi şərhini verir” [2, s.19].

Postmodernizm dili ifadə edir. Dünya linqvistikasında dil situasiyası “linqvistik postmodernizm” istiqamətində də tədqiq olunur. Dil situasiyasının nitq və mətn şəraitində postmodernizm kodu olur. Bu kod postmodern – sosiomədəni situasiyadır. Bu, bir fəlsəfi konsepsiyadır. Əsas problem dil və düşüncənin kodlaşmış səciyyəsidir. Fəaliyyət isə ortaya çıxan fikrin (diskursiv) təcrübəsidir. Başlıca problem yuxarıda göstərildiyi kimi, dildə insan amilidir. XX əsrin sonu XXI əsrin əvvəllərində linqvis-tik antroposentrizmin meydana gəlməsi hər hansı inkişaf etmiş ölkədə dil situasiyasının istiqamətini də, ona yanaşmanı da dəyişdi. Bu məqalədə həmin müna-sibətlərin kritik məqamları çözüləcəkdir.

Qeyd etmək lazımdır ki, sosial sistem dildə funksionallaşır. Bu gün sosial müna-sibətlərin dildə ifadəsi problemi öz aktuallığı ilə xarakterizə olunur. “İnsan rəftarı, davranışı” – “potensial mətn” terminoloji anlayışları formalaşır. “Dilin sərhədləri” – “dünyanın sərhədləri” ilə bərabər tutulur. Bu sərhədləri dildə dünyanın bir nöqtəsində yaradılmış yeni texnoloji sahələr və həmin sferalara aid olan söz və terminlər, necə deyərlər, qırır. Bu söz və terminlər müasir Azərbaycan dilinin lüğət tərkibinə gəlir. Həqiqətən də, bu gün ingilis, fransız, italyan və s. dillərdən türk dillərinə (əvvəllər də keçib) alınmalar keçərək, həmin sahənin terminologiyasında bir dəyişiklik əmələ gətirmişdir. Bu o deməkdir ki, başqa dildə danışan əhalinin işlətdiyi ifadələr milli dillərdə ünsiyyəti, anlaşmanı təmin edir, dil situasiyasının durumu mövcud ərazidə dəyişir.

Tədqiqatlar da göstərir ki, müasir vəziyyət, alınmaların kəmiyyətcə birdən-birə, tədricən, şiddətli şəkildə kəskin güclənməsi, necə deyərlər, “boy atması”, lüğət tərkibinin “donunun yeni rənglərlə” boyandığını nümayiş etdirir. Elmin, texnikanın Azərbaycan dilinin moderniləşməsi ilə təması, bağlılığı yaranır. Alınmaların “məhkumluğu”, məhkum olması çox şeydən soraq verir. Belə alınmalar öncə müasir mətbuatın dilinə gəlir. Kütləvi informasiya qaynaqları isə bu cür sözləri qəbul edir, radio, televiziya kanalları isə bu sözləri işlədirlər.

Bu məqsəd üçün dərhal sözlər, terminlər toplanmalı, “ Yeni sözlər və onların mənası” nı izah edən lüğətlər yaradılmalıdır. Müşahidələrimiz göstərir ki, ingilisdilli alınmalar yeni realiyaları müəyyənləşdirir, sanki alınmaların bəziləri ballastlaşır, yəni artıq yükə çevrilir, amma bu vahidlər vasitəsilə yeni mənalar ifadə olunur, Azərbaycan dili ifadələri ilə ekivalentlik təşkil edir. Bu məsələlərə dil situasiyası aspektində normativ və funksional planda yanaşmaq lazımdır. Həmin sözlər vasitəsilə

Azərbaycan dilinin modernləşməsini (müasirləşməsi), bu xüsusda dil situasiyasının hansı keyfiyyətlər qazandığını görmək olur. Məsələn, xeyli zamandır ki, Azərbaycan mühitində informatikaya dair termin və anlayışlar, iqtisadiyyat və siyasətə aid ifadələr Azərbaycan dilinin lüğət tərkibinə axır, kalkalar yaranır, bu sahədə lüğətlər yaradılır, hətta dissertasiyalar da yazılır [3, s.132].

Postmodernizm dövründə (əvvəllər də olub) fransız dilindən Azərbaycan dilinə aşağıdakı qəbildən olan sahə terminləri daxil olmuşdur: lizinq, innovasiya, veb-sayt, portal, veb-dizayn, xaker, marketinq və s. Belə sözlər hesabına müasir Azərbaycan dilinin leksikası zənginləşir. Bu proses aktiv müşahidə olunur. Dilimizin lüğət tərkibində zənginləşmə prosesi gedir, yeni sözlərin ekvalentləri, variantları Azərbaycan dilində funksionallaşır. Əcnəbi leksika və terminologiya nəinki lüğət tərkibini genişləndirir, həmçinin dünyanın dil mənzərəsinin nominasiyanı milli-ləşdirir. Bu mütərəqqi, güclü, məhsuldar proses dilin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.

Bəzi hallarda müşahidə olunan sosiolinqvistik proseslər vaxtından qabaq və qanunauyğunsuzluq şəkildə də təqdim olunur. Məhz Azərbaycan Respublikasının müasir dil situasiyasının xüsusiyyətləri buradan da irəli gəlir; həmin məsələ bu yöndə də təhlil olunmalıdır.

Müasir Azərbaycan dilində dil situasiyasına 2 əsas aspektdə yanaşılır:

  • 1)    mədəni-linqvistik;

  • 2)    sosiolinqvistik.

Mədəni-linqvistik, sosial, iqtisadi dəyişmələr dilin müxtəlif səviyyələrinə öz təsirini göstərir.

Dil situasiyası adı altında milli və əcnəbi dillərin məcmusu, cəmiyyətə xidmət göstərən region sərhədləri və dövlətlərin xüsusiyyətləri və funksionallaşması başa düşülür. Həmin anlayış adətən ölkə, region, respublika üçün müəyyənləşir.

Dil situasiyası sosialinqvistik tədqiqatların mühüm mövzularından biri hesab edilir. Şübhəsiz, dil situasiyasına təsir edən faktorlar da müəyyənləşməlidir. Bu faktorlardan biri dildənkənar sosial hadisələrdir. Bir tərəfdən də mürəkkəb etnik tərkib respublikada əhalinin mürəkkəb dil situasiyası ilə üzləşdiyini göstərir. Dil situasiyası Azərbaycanda əvvəlki dövrlərdə ana dili və rus dilinin birgə işlənməsi şəraiti ilə müəyyənləşmişdir. Azərbaycan mühitində çoxsaylı etnik qruplar prioritet “dil siyasəti aparırlar”, bu da dil situasiyasına öz təsirini göstərir. Azərbaycan Respu-blikasında bu gün 26 dildə danışan millət və xalqlar yaşayır. “Müasir Azərbaycanda dil situasiyası” adlı yazısında Fəxrəddin Veysəlli həmin dilləri dil xəritəsi baxımın-dan aşağıdakı kimi qruplaşdırmışdır:

Azərbaycanlılar – 98,6

Ruslar – 7,6

İngilislər – 7,6

Talışlar – 200, 000 min.

Ləzgilər – 150, 000 min.

Tatlar – 20 000 min.

Çuxurlar (dağ yəhudilərinin dili) – 15 000 min.

Lahıclar – 2.000 min.

Udinlər – 1000

Tabasaranlar – 1000

Gürcülər – 3000

Rutullar – 500

Avarlar – 200

Xınalıqlar – 300

Kürdlər – 20.000

Habutlar – 200

Assurlar – 100

Ermənilər – 20.000

Buduğlar – 2000

Ahısqa türkləri – 38000

Saxurlar – 2000

Axvaxlar – 1000

Krızlar – 1500 [6, s.66]

Sosial faktor kimi dil situasiyası cəmiyyətin nitq kommunikasiyasında mühüm rol oynayır. Burada yaranan müxtəlif amillər bir-birinə öz təsirini göstərir. Cəmiy-yətin inkişaf və fəaliyyətində dilin bu situasiyada oynadığı rol aydınlaşır. Postsovet dövründə ikidilliliyin konkret olaraq reallığı milli dilin kölgədə qaldığına sübutdur.

Azərbaycan Respublikasında dil siyasəti dil situasiyasından asılı vəziyyətdədir. Bu asılılıq onun 3 növünü fərqləndirir: 1) birdilli mühitdə yürüdülən dil siyasəti; 2) çoxdilli mühitdə yürüdülən dil siyasəti; 3) dövlətin özünün sərhədləri (hüdudları) kənarında yürüdülən dil siyasəti [5, s.151].

Azərbaycan Respublikası çoxmillətli dövlətdir. Bu regionda, ərazidə azsaylı dillər fəaliyyət göstərir, bəziləri (ləzgi dili) aşağı siniflərdə tədris olunaraq məişətdə də istifadə olunur.

Digər bir məsələ, ikinci dilin təlimdə yaratdığı çətinliklərdir. Bu çətinliklər şa-girdləri müasir təlim prosesində ciddi problemlərlə üzləşdirir. Söhbət ingilis dilindən gedir. Yeni dövrdə yeni terminoloji vahidlərin ekvivalentlərinin seçilməsində beynəlxalq miqyasda işlədilən ingilis dilindəki terminlərə üstünlük verilir (məsələn, kompüter, printer, piksel, servis, dialoq, skaner, intoperabellik, repozitar və s.). İngi-lis dilinin digər dillərdəki terminologiyaya bu və ya digər dərəcədə təsiri təbiidir, ona görə ki hazırda bu dil milli dillərə öz təsirini göstərir, dilləri sıxışdırmağa başlayır, bu cəhət dünya üzrə baş verən qloballaşma prosesinin tərkib hissəsidir. Rus dilinin tədris əhəmiyyəti bir qədər aşağı səviyyədədir. Həmin çətinliklərin aradan qaldırılması həlli vacib olan məsələlərdəndir.

Hazırda dünya dillərinə keçmiş amerikanizmlərin (alınma vahidlərin) ədəbi nitqdə özünə yer etməsi təbii görünür. İngilis dili beynəlxalq dil olmaqla bərabər, hər biri spesifikliyi ilə fərqlənən Böyük Britaniya, ABŞ, Kanada, Yeni Zelandiya və Avstraliya və digər ölkələrdə də istifadə olunur. Avropa ölkələrində dilin durumu nəzərə alınarsa, o zaman bizdə – Azərbaycanda dil müxtəlifliyi mürəkkəb bir şərait kimi düşünülür. Bu gün qloballaşan dünyada təhsil sferasında əlavə dil kimi ingilis dili müəyyənləşir.

“Bilinqvizm” latın mənşəli linqvistik termindir, bi – iki, ikidil, lingua – dil. Beləliklə, bilinqvizm – iki dilin vasitələrinə sahib olma, yiyələnmək deməkdir. Situasiya üçün bir neçə dilin funksionallaşması mümkündür, bunun üçün “çoxdil-lilik” terminindən (ing. multilingualism, frans. plurilinguisme) istifadə edilir.

Yeni semantik kalkalar yad dilin modeli əsasında qurulur və tərcümə xarakteri daşıyır. “Kalkalar alınmanın xüsusi bir növüdür. Bu, müvafiq əcnəbi sözlərin quruluşu kimi formalaşan, lakin onların maddi əsasını almayan sözlərdir” [1, s.88].

Funksionallaşan həmin dil vahidləri mətndə yeni fikir münasibətləri yaratmaq vəzifəsini yerinə yetirir. Yeni tərkibdə həmin kalkalar daha böyük vahidlərin tərkibində müəyyən rol oynayır. Məs.: avtoçağırış (avtovızov), bufer-yaddaş (bufer-naə pamət), giriş faylı (vxodnoy fayl), əmrlər generatoru (qenerator komand), mənti-qi yazı (loqiçeskaə zapis), fəal yaddaş (operativnaə pamət); addressfield (ünvan sa-həsi), arqument list (arqument siyahısı), kibernetik model (kibernetik model), deskev-vinq buffer (bufer qurğusu), cipherer (kodlama qurğusu) və s.

Qarşılıqlı əlaqə və həmin əlaqə vasitəsilə bunların kommunikasiyada, fikrin ifadəsində rolu görünür. Bu cəhətdən yad dil vahidlərinin milli dildə funksion-allaşması qrammatiki faktor rolunu oynaya bilir. Bu məsələyə sintaqmatik planda da yanaşmaq mümkündür.

Qarşılıqlı təsirlər nəticəsində yeni semantik kalkalar yaranır və KİV-də işlənməyə başlayır. Bu daimi proses kimi özünü göstərir. Bu prosesin aktivləşməsi müasir dil situasiyasının implisit və eksplisit xüsusiyyətlərinin yeni keyfiyyətlərlə meydana çıxmasını sübut edir. Yuxarıda qeyd etdiyimiz kimi, yeni alınmalar vasitəsi ilə dilin resursları (ehtiyatları) genişlənir, dil vahidlərinin semantikası inkişaf edir, ən başlıcası, sosial mühitdə iki, yaxud üçdillilik şəraitində dil intellektuallaşır (yəni an-layışların kəmiyyəti yüksəlir), nitq lakonik (yığcam) hala düşür; dilin dadı, ləzzəti nitqdə, konkret mətnlərdə hiss edilir. Çox mühüm bir hadisə baş verir. Ədəbi dilin demokratikləşməsi təmin olunur. Köhnə ədəbi dil ənənələri arxada qalır, ənənələr yeniləşir. Ədəbi dilin demokratikləşməsi prosesi gedir. Demokratikləşmə müasir mərhələdə də davam edir. Bu ədəbi dilin yeni magistral inkişaf yoluna düşdüyünü göstərir. Müasir dil situasiyasının başlıca xüsusiyyəti bu nöqtədə, bu kəsişmə sərhədində də ehtiva olunur, ədəbi dilin inkişaf istiqamətləri müəyyənləşdirilir. Dilin inkişafının konservativ xarakteri mühafizə edilir.

XX əsrin sonu – XXI əsrin başlanğıcında müasir Azərbaycan dilinin lüğət tərkibinin ciddi şəkildə dəyişməsi ilə xarakterizə olunur və bu vəziyyət insanlar arasında xoş təəssürat doğurur. İnternet şəbəkəsi genişlənir, ədəbi dilin kütləvi kom-munikasiya bazası güclü şəkildə inkişaf edir. İnternet və yeni dil situasiyası meydana çıxır. Aktiv sintaktik proseslər başlanır. Ədəbi dilin növbəti demokratiya dalğası so-sial dəyişmələrlə stimullaşır. Bu faktlar ədəbi dilə güclü təsirlərlə səciyyələnir, dem-okratikləşmə prosesi yeni hadisələri, kütləvi mədəniyyət, postmodernizm (modern-izm) hadisələrini doğurur. Ölkədə gündən-günə müxtəlif forma və sferalar (sahələr) reallaşır. Ekstralinqvistik faktorların təsiri və rolu çoxalır. Məsələn, hazırda Qarabağın işğal altından azad olunmuş torpaqlarında müxtəlif şirkətlərin milliyətcə rus, ingilis, italyan, türk olan nümayəndələri çalışırlar. Onlar bir-biri ilə ünsiyyət qurur, bu zaman çoxdillik şəraitində öz fəaliyyətlərini, işlərini davam etdirirlər.

Müasir mədəni situasiya-mədəniyyət sistemində radikal şəkildə dəyişir. Kütləvi mədəniyyət mühüm bir amil kimi ədəbi dilə təsir göstərir. Linqvistik planda ədəbi dilin yeni normaları yaranır.

Kütləvi mədəniyyət mürəkkəbləşmiş dil reallığını dəyişir. Müasir dil situasiyası mədəni kütləvi (ədəbi) təhlillə hesablaşmır, bu mümkün olmur. Konkurensiya yaranır. Müasir dil situasiyasının xarakteristikası, ədəbi dilin müasir vəziyyəti kütləvi ədəbiyyatın dili ilə hesaba, nəzərə alınmır. Kütləvi mədəniyyətin ədəbi dilə təsiri öz növbəsində ümumi postmodernist situasiya ilə sıx şəkildə bağlıdır. Yeni mədəniyyət fenomeni meydana gəlir.

Beləliklə, müasir dil situasiyası həmişə mürəkkəb olaraq qalır. Ədəbi dilə, həmçinin müxtəlif faktorlar, sosial dəyişmələr (“yenidənqurma”, islahatlar, kütləvi mədəniyyətlər, postmodernizm, internet və s.) öz təsirini göstərir. Müasir dil situasiyasının başlıca mərkəzi xüsusiyyəti əsasən bunlardan ibarətdir. Məhz bu mühitdə hər bir funksional üslub manifestləşir, ədəbi dil anlayışı assosiasiya doğurur.

Beləliklə, müasir dil situasiyası mürəkkəb, çoxölçülü və çoxamilli bir hadisədir. Yeni dövr ədəbi dillərin inkişaf dövrüdür. Yeni keyfiyyətli ədəbi dil yeni ictimai şərait və yeni dil situasiyası ilə birgə inkişaf edir.

Nəticə / Conclusion

Deyilənlərdən belə qənaətə gəlmək olur ki, Azərbaycanda dil situasiyasının məzmun və mahiyyəti tarixi mərhələlər üzrə aşağıdakı istiqamətlərlə səciyyələnir: V Azarbaycanin dil manzarasi qoxobrazli genetik va tipoloji cahatlarla saciyyalanir. V Dil qoxfunksiyali mutlaq vasitadir. Dilin muayyan maqsada ?atmaq funksiyalari mövcuddur. Sosial-kommunikativ sistemin komponentləri arasındakı funksional münasibətlər həmin məqsədi tənzimləyir.

V Dil situasiyasi hayatin, varligin formasidir. Orazi-sosial munasibatlar va funksional əlaqələr; çoğrafi-regional, yaxud siyasi inzibati əlamətlər dil situasiyasının aparıcı xüsusiyyətlərindən hesab edilir. Dil situasiyasının dəyişkən xarakteri bu cəhətlərlə izah oluna bilər.

V Dil situasiyasindan nitq situasiyasina dogru muayyan istiqamatlar movcuddur. Dil və nitq situasiyası arasındakı fərqlər onların ayrı-ayrılıqda təsvirini gerçəkləşdirir və onlar arasındakı fərqlər aşkar edilir.

V Har dovrun ozunun dil situasiyasi vardir. Sovet dovrunda Azarbaycandaki dil situasiyası ilə yeni müasir dövrün dil situasiyası xeyli dərəcədə bir-birindən fərqlənir.

Список литературы Postmodernizm dövründə Azərbaycanın dil situasiyası

  • Budaqov R.A. (1956). Dilçiliyə dair oçerklər. Bakı, Azərnəşr. 286 s.
  • Hacıyev T.İ. (2012). Azərbaycan ədəbi dilinin tarixi. I hissə, Bakı, Elm nəşriyyatı. 476 s.
  • İsrafilova S. (2006). Azərbaycan dilində informatika terminlərinin eksiksemantik təhlili. Bakı, Təhsil nəşriyyatı. 160 s.
  • Bayramova L.K. (2002). Tatarstan: yazikovaya simmetriya i asimmetriya. Kazan. 267 s.
  • Shveytser A.D. (1976). Sovremennaya sotsiolingvistika: teoriya, problemi, metodi. Moskva, Nauka. 176 s.
  • Veysalli F. (2019). Sotsiolingvistika. Uchebnoe posobie. Baku, Mutardjim.
  • Vinogradov V.V. (1952). Ponyatie vnutrenikh zakonov razvitiya yazika i obshey sisteme marksistskogo yazikoznaniya. Voprosi yazikoznaniya. s.3-43.
Статья научная