Dilçilik məsələləri. Рубрика в журнале - Azərbaycan dili və ədəbiyyat tədrisi

Публикации в рубрике (3): Dilçilik məsələləri
все рубрики
Azərbaycan dilində söyləm nitq vahidi kimi

Azərbaycan dilində söyləm nitq vahidi kimi

İsmayıl Kazımov

Статья научная

Söyləmlər formal cəhətdən nitqin tənzimlənmiş, müəyyən qaydalara tabe edilməmiş vahidləridir. Müasir Azərbaycan dilində söyləm nitq hərəkətinin nəticəsi kimi meydana çıxır. Söyləm cümlə komponentlərinin qrup formasında birləşməsindən yaranır və seqmentə görə cümləyə müvafiq gəlir. Söyləmin təşkili mexanizmi superseqment vasitələrin (intonasiya və söz sırası) iştirakı ilə formalaşır. Məqalədə söyləmin növlərini birləşdirən ümumi cəhətin onların emosionallıq keyfiyyəti bildirməsi də əsaslandırılır. Belə ki, nitqdə söyləmin ən müxtəlif növləri meydana çıxır. Söyləmə xas olan əlamət, yəni onların reaksiya bildirməsi, nitq stimulu olması nitqə məxsus başlıca cəhətdir. Söyləmlər struktursemantik və məntiqi-praqmatik cəhətlərinə görə müxtəlif növlərə bölünür. Onların quruluşunda, mənasında müəyyən özünəməxsusluq və bir-birindən fərqlilik müşahidə olunur. Tədqiqatda müəyyənləşir ki, söyləm ünsiyyətdə danışığın aktuallaşmış ən kiçik vahididir.

Бесплатно

Dil təliminin nəzəri problemləri

Dil təliminin nəzəri problemləri

Vaqif Qurbanov

Статья научная

“Dil təliminin nəzəri problemləri” geniş mövzudur. 2008-ci ildən kurikulum dərsliklərinin tətbiqi ilə başlanan yeni kursun didaktik üstünlükləri olduğu kimi, təəssüf ki, qarşıya çıxan subyektiv çətinlikləri də var. Üstünlüklərini müəyyən edən nitqəyönümlülüklə nəticəyönümlülükdür ki, onun da başlıca şərti 4 məzmun xəttinin nitq mədəniyyətinə çevrilən − bacarıq və vərdişlər, nəticə etibarilə səriştə, qabiliyyət məsələsidir. Bu cəhət xüsusi olaraq dəyərləndirilməlidir. Bu sahədə problemlərimiz də var. Məktəblərimiz dərsliklərə yazılmış metodik vəsaitlərlə, hər bir məzmun xəttinin standartlarının gerçəkləşdirilməsi ilə işləyirlər. Lakin qeyri-ixtisas sahibləri bu işə qarışmaqla Ana dili, Azərbaycan dili, habelə dil və dilçilik, dil və nitq sindromunu qıra bilməyərək, sadəcə bu xətt – hərəkata mane olurlar. Problematikliyin digərləri də məhz mətn üzrə oxu və nitq bacarıqlarına yalnız ədəbiyyat fənninin obyekti olması kimi baxılmaqla və digər səhv streotiplərlə əlaqədardır. Məqalədə həmin nəzəri problemlərdən bəhs olunur.

Бесплатно

Postmodernizm dövründə Azərbaycanın dil situasiyası

Postmodernizm dövründə Azərbaycanın dil situasiyası

Cahid Kazımov

Статья научная

Başqa mövzular (dil siyasəti, dilplanlaşdırma və s.) kimi “dil situasiyası” aspektindəki sosiolinqvistik tədqiqatlar mühüm ümumsosioloji önəm daşıyır. Onun üçün böyük əhəmiyyət daşıyır ki, dil sosial həyat mühitinin demək olar ki, çox tərəflərini əks etdirir. Bu sahədə metodik üsullar ondan ibarətdir ki, bütövlükdə inzibati-ərazi sektorunda yad dilin funksionallaşma meyilləri və dil siyasəti, həmçinin dil situasiyasının müxtəlif tiplərinin təhlili və s. məsələlər tədqiqat obyektini təşkil edir. Məqalədə sosiolinqvistikanın “İnsan və dil” problemi birdillilik və çoxdillilik şəraitində şərh olunur. Bilin-qivizm şəraitində yaşayan və fəaliyyət göstərən insanın davranışına, əlbəttə, dil birinci növbədə təsir göstərir. Bu, əsas etibarilə psixoloji problemdir. Müasir Azərbaycan ədəbi dilinin inkişaf xarakteri (demokratikləşmə) və perspektivləri sosial və dil situasiyası müstəvisində səciyyələnir. Məqalədə müasir dil situasiyası postmodernizm kontekstində təhlil olunur. Müasir Azərbaycan ədəbi dili və yeni dil situasiyası müstəvisində qarşılıqlı əlaqələrin başlıca özəllikləri aydınlaşdırılır.

Бесплатно

Журнал